|
TƏCİLİ! Gürcüstan səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia "Beşiktaş"ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş vermiş hadisələrlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Cia.az "Haber Global"a istinadən xəbər verir ki, XİN-in yaydığı açıqlamada deyilir:

"Gürcüstanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. "Beşiktaş"ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş vermiş ciddi hadisələrlə bağlı etirazımız çatdırılıb, müxtəlif sübutlar paylaşılıb. Hadisələrin bütün aspektləri ilə araşdırılması və vətəndaşlarımıza qarşı güc tətbiqi və müdaxilənin məsuliyyət daşıyan şəxsləri barədə lazımi hüquqi tədbirlərin görülməsi tələb olunub".

Musavat.com