|
Cəlilabadda yaşayanlara ŞAD XƏBƏR

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Cəlilabad şəhərində yeni təhsil müəssisəsinin inşası ilə bağlı satınalma elan edib.

Sozcu.info xəbər verir ki, layihə Cəlilabad şəhər 8 nömrəli 960 şagird yerlik Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyin tikintisini əhatə edir.

Satınalmanın ehtimal olunan dəyəri 8 milyon 725 min 176,06 manat müəyyən edilib.