20 noyabrda Hörmüz boğazından 114 kommersiya gəmisi keçib.
Cia.az xəbər verir ki, məlumatı Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) açıqlayıb. Təşkilatın məlumatına görə, bu, 2025-ci ildə gündə 138 gəminin keçdiyi orta göstəricidən xeyli aşağıdır.
Bazar günü dərc edilən UKMTO hesabatında su yolundakı tıxacın "əsasən tranzit məhdudiyyətləri səbəbindən yüksək olaraq qaldığı" bildirilir.
Hind okeanı ilə Qırmızı dənizi birləşdirən strateji Bab əl-Məndəb boğazında eyni dövrdə 68 tranzit keçiş qeydə alınıb.
Musavat.com
