|
Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib.

Cia.az xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.