|
Azərbaycan nefti kəskin ucuzlaşdı

Dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunur.

Cia.az xəbər verir ki,  “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 3,95 ABŞ dolları (3,25%) ucuzlaşaraq 117,45 dollara düşüb.

Digər əsas markaların dəyərində də mənfi dinamika qeydə alınıb. “Brent” 0,45 dollar (0,48%) ucuzlaşaraq 92,69 dollar, “WTI” markalı xam neft isə 1,10 dollar (1,28%) azalaraq 84,91 dollar səviyyəsində qərarlaşıb. 

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları həcmində nəzərdə tutulub.