ABŞ-da kütləvi internet və rabitə problemləri yaranıb və bu, Milli Hava Xidmətinin (NWS) işinə təsir göstərib.
Cia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, dünən axşam qurum texniki nasazlıq səbəbindən veb saytlarında hava proqnozları və xəbərdarlıqların dayandırıldığını, mövcud olanların isə köhnə olduğunu elan edib. Milli Hava Xidməti bunun ölkə miqyasında internet və rabitə kəsintiləri bağlı olduğunu vurğulayıb.
Xidmətin xəbərdarlığında bildirilib ki, istifadəçilər agentliyin veb saytlarındakı məlumatlara, o cümlədən hava proqnozlarına, hava xəbərdarlıqlarına və digər materiallara daxil olmaqda çətinlik çəkə bilərlər. Bəzi məlumatlar gecikmiş və ya köhnəlmiş ola bilər.
NWS bildirib ki, texniklər artıq problemi həll edərək sistemin normal işini mümkün qədər tez bərpa etməyə çalışırlar.
Maraqlıdır ki, bir neçə saat sonra Milli Hava Xidməti internet və rabitə kəsintiləri ilə bağlı məlumatları silib. Ardınca CNN-ə verdiyi açıqlamada xidmət nümayəndəsi heç bir fasilə olmadığını bildirib. Buna baxmayaraq, mətbuatda hadisənin Microsoft sistemində yaranan problemdən qaynaqlandığına dair ehtimallar yayılıb.
Musavat.com
