|
Tehran və İrəvan RAZILIĞA GƏLDİ: 8 sənəd İMZALANDI

İran və Ermənistan arasında səkkiz strateji sahədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hərtərəfli birgə sənəd imzalanıb.

İki ölkə, eləcə də Nurduz sərhəd-keçid məntəqəsinin infrastrukturunu və nəqliyyat imkanlarını inkişaf etdirərək onu müasir və nümunəvi sərhəd məntəqəsinə çevirmək barədə razılığa gəliblər.

Cia.az IRIB News-ə istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri Seyid Həmid Purməhəmmədi iki ölkə arasında keçirilən 19-cu Birgə Əməkdaşlıq Komissiyasının nəticələrini şərh edərkən məlumat verib.

O bildirib ki, komissiyanın iclaslarında infrastruktur, enerji, ticarət, sənaye, mədənçilik, kənd təsərrüfatı, ətraf mühit və qonşu əyalətlər arasında əlaqələr istiqamətləri üzrə səkkiz ixtisaslaşmış İşçi Qrupu fəaliyyət göstərib.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da birgə komissiyanın gündəliyindəki məsələlərin ətraflı müzakirə edildiyini və əldə olunan razılaşmaların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Musavat.com