|
SON DƏQİQƏ!

Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməkdən imtina edərək Türkiyəyə səfər edəcəyi açıqlanıb.

Cia.az "Interfax.ru"ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Melanya Arutyunyan məlumat verib.

O bildirib ki, Nikol Paşinyan noyabrın 11-də Antalya şəhərində başlayacaq BMT-nin İqlim Dəyişməsi Konfransında (COP31) iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Qeyd edək ki, COP31 konfransı Antalyada 9-20 noyabr 2026-cı il tarixlərində keçirilir.

KTMT sammitində Ermənistan məsələsi müzakirə olunacaq

Bununla belə, Paşinyanın Türkiyədə olacağı noyabrın 11-də Moskvada KTMT-nin sammiti baş tutacaq. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəlki açıqlamalarında həmin toplantıda Ermənistanın təşkilatdakı üzvlüyü məsələsinin nəzərdən keçirilə biləcəyini bildirib.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl keçirdiyi brifinqdə Ermənistanın KTMT-də heç bir marağının qalmadığını açıqlayaraq, "Bizim KTMT ilə bağlı maraqlarımız tükənib, artıq heç bir marağımız yoxdur" deyib.

Ekspertlər Paşinyanın Moskvadakı strateji təşkilat toplantısına qatılmayaraq Türkiyəyə üz tutmasını İrəvanın xarici siyasət kursunun növbəti manevri kimi qiymətləndirirlər.

Musavat.com