|
Saç tökülməsinin səbəbi bu xəstəliklər ola bilər

Saçın intensiv tökülməsi onkoloji xəstəliklər, yumurtalıqların iltihabı və qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntularla əlaqəli ola bilər.

Bu barədə trixoloq Anna Alvares bildirib.

Onun sözlərinə görə, saç tökülməsinin qarşısını almaq üçün ilk növbədə problemin səbəbi müəyyənləşdirilməli və müalicə olunmalıdır. Alvares qeyd edib ki, vitamin kompleksləri və bioloji aktiv qida əlavələri əksər hallarda problemin kökünü həll etmir.

Həkim müayinənin gecikdirilməsinin təhlükəli olduğunu vurğulayıb. O, saçların sağlamlığını və böyüməsini dəstəkləmək üçün rasiona daha çox meyvə, tərəvəz və giləmeyvə əlavə etməyi tövsiyə edib. (Publika.az)