Müğənni Rəqsanə İsmayılova sənətdən getmək istədiyini açıqlayıb.
Bu barədə o, Nail Naiboğlunun “10+” verilişində danışıb:
“Hələ özüm ola bilmirəm. Qarşıda görüləsi çox işim var. Onları bitirəndən sonra, dərindən nəfəs alıb “bitdi” deyib, həmin Rəqsanə olacağam. O günü, o saatı gözləyirəm, mənə o lazımdır. Bu sənətdə çox qalmaq istəmirəm. Qarşıma məqsəd qoymuşam, biznes qurub sənətdən uzaqlaşmaq istəyirəm. Yoruldum”. (Olay)
