|
Faydasına aldanmayın -

“Kivinin saysız-hesabsız faydaları ilə yanaşı, bəzi insanlar üçün ciddi əks-göstərişləri də mövcuddur”.

Cia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə dietoloq Anton Polyakov açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, avokadoya, fındığa, buğdaya, əncirə və ya xaşxaşa allergiyası olan şəxslər kivinin qəbulundan çəkinməlidirlər. O izah edib ki, bu meyvənin tərkibində kəskin çarpaz reaksiyalar verə bilən allergenlər mövcuddur.

Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri kəskinləşmə mərhələsində olanlara, eləcə də böyrəklərin kəskin xəstəlikləri və urolitiaz (böyrəkdaşı xəstəliyi) zamanı kivi yeməməyi tövsiyə edib.

Bununla belə, dietoloq xatırladıb ki, bu meyvə C vitamini və kalium kimi bir çox qiymətli maddələrlə zəngindir.