Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.
Cia.az axar.az-a istinadən sosial şəbəkədə yayılan siyahını təqdim edir:
Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);
Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);
Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);
Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);
İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);
Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);
Prezident Administrasiyasının rəhbəri:
-Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri)
PA Ərazi İdarəetmə Şöbəsinin müdiri:
– Ziya Məmmədov (sabiq Nəqliyyat naziri)
Milli Məclisin sədri:
-İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı:
-Elton Məmmədov (sabiq deputat)
Dövlət Gömrük Komitəsinin sədri:
-Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat)
Elm və Təhsil naziri:
-Aqiyə Naxçıvanlı (sabiq deputat)
Media və Yayım Şurasının sədri:
-Bəxtiyar Sadıqov (sabiq deputat)
İstintaq materiallarından bəlli olur ki, bu planların reallaşmasında və Xarici Kəşfiyyat Xidməti (Rusiya) ilə əlaqələrin qurulmasında əsas rol Sevil İsmayılovaya həvalə edilib. R.Mehdiyev avqust ayından hazırlamağa başladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı əlyazmasını çap edilməsi və Moskvaya çatdırılması üçün S.İsmayılovaya verib.
Sənədin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin müavini Rəşad Qurbanova və digər yüksək vəzifəli şəxslərə çatdırılması nəzərdə tutulub. İstintaqa verdiyi ifadədə Mehdiyev əlyazmanın çapını və ötürülməsini şəxsən İsmayılovaya tapşırdığını etiraf edib. İzlər göstərir ki, “Şərq-Qərb” nəşriyyatının rəhbəri sadəcə biznes strukturu idarə etməyib, şəbəkənin əsas kəşfiyyat agenti və “poçtalyonu” rolunu oynayıb.
Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, Sevil İsmayılovanın rəhbərlik etdiyi nəşriyyatın Maliyyə Departamenti bu gün də AMEA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Milli Ensiklopediyasının binasında yerləşir. Mövzu ilə bağlı AMEA-ya ünvanlanan sorğular isə cavabsız qalıb”.
Sitatın və siyahının sonu!
