Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Cia.az-in sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü şəxs (qadın) 27.10.2026-cı il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.
“Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb. Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir”.
Şahanə Rəhimli
Musavat.com
