|
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürdü

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, ibtidai istintaq aparılır.//Report