Milli Məclisin növbəti iclası öz işinə başlayıb.
Cia.az-in məlumatına görə, spiker Sahibə Qafarova gündəlikdəki məsələlərin səsə qoyulmasından sonra ilk məsələ - 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının qəbul olunacağını bildirib. Spiker Zəfər günü ilə əlaqədar çıxış edib, Azərbaycanın tarixi qələbəsindən danışıb.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında layihəyə baxılacaq, yeni ombudsman təsdiqlənəcək.
Musavat.com
