"Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Cia.az xəbər verir ki, 1 barelin qiyməti 3.88 dollar (3,17%) artaraq 126.16 ABŞ dolları olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 122.28 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Musavat.com
