|
Salyanda ailə faciəsi: 55 yaşlı qadın bıçaqlanaraq öldürüldü –

Salyan rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib.

Cia.az xəbər verir ki, oktyabrın 27-də Sarvan kənd sakini, 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar zamanı 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri – 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılova və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Çiçək İsmayılova aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Pərvin İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində ibtidai istintaq davam etdirilir.

Musavat.com