|
Metro istifadəçilərinə ŞAD XƏBƏR

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.

Cia.az xəbər verir ki, "Həzi Aslanov"-"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib.

Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkət sxemi dəyişdirilib.

Həmin tarixdən qatarlar "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət edib, "Həzi Aslanov"-"Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu.