|
Qətlə görə DTX-nin saxladığı Emin Rəhimov və Elmar Cəfərov həbs edildi

Bakının Xətai rayonunda restoranda baş verən insident nəticəsində qətl törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Cia.az-in xəbərinə görə, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.