|
Rusiyada ondan çox aeroportun işi dayandı

Ötən gecə Ukrayna Rusiya səmasının qapadılması əməliyyatını davam etdirib.

Cia.az Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya)rəsmi məlumatına istinadən xəbər verir ki, Kirov, Çeboksarı, Kazan, Nijnekamsk, Buqulma, Samara, Ulyanovsk, Yaroslavl, Penza, Saratov, Krasnodar və Soçidəki hava limanları gecə ərzində işini tam dayandırıb.

Rosaviasiya hava limanlarının işinin dayandırılmasınn uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bəyan edib.
Dünən gün ərzində isə Moskvanın bütün aeroportları işini dayandırmışdı.

Musavat.com