Xəzər Universitetinin Siyasi Elmlər departamentinin professoru Ramiz Yunus Azərbaycan Dillər Universitetinin (ADU) professoru elmi adına layiq görülüb.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında səsvermə keçirilib və qərar qəbul olunub.
Ali məktəbin rektoru Kamal Abdulla professor Ramiz Yunusun Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu xüsusi vurğulayıb.
Səsvermədən sonra çıxış edən Ramiz Yunus göstərilən böyük etimada və bu yüksək və şərəfli ada layiq görüldüyü üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, bu adın onun üçün böyük qürur və məsuliyyət olduğunu qeyd edib.
O, həmçinin gənc nəslə analitik düşüncə, milli məsuliyyət və gələcəyə inam ötürməyin əsas prioritet olduğunu qeyd edib.
Ramiz Yunus sonda hər kəsi gələn həftə ADU-da “Subyekt olmaq” mövzusunda keçiriləcək mühazirəni dinləməyə dəvət edib.//TodayPress TV
