Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Cia.az xəbər verir ki, müğənni ötən gün məkanlardan birində çıxışı zamanı eşq acısı yaşadığını etiraf edib.
Röya bildirib ki, yeddi ay əvvəl yaşadığı ayrılıq ona təsirsiz ötüşməyib: “Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. Yeddi ay əvvəl eşq acısı çəkdim. Yeddi ay elə idim”, – deyə sənətçi bildirib.
Müğənni dostlarının onun eşq acısı çəkdiyi müddətdə evdə yeyib-içməsinə təəccübləndiyini də söyləyib. Röya zarafatla qeyd edib ki, həyatında kimsə olmayanda restorana getmək əvəzinə evdə yemək yeyir.
Sənətçi həmin dövrdə çəkisinin 60 kiloqrama çatdığını deyərək eşqsizliyin ona təsirindən danışıb. O, həyatında biri olanda özünə daha çox diqqət etdiyini, restorana getdiyini və qidalanmasına nəzarət etdiyini bildirib.
