|
SEPAH dənizdə HƏRƏKƏTƏ KEÇDİ: Eyni anda 4 gəmi VURULDU

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) strateji əhəmiyyətli Hörmüz boğazında dörd gəminin vurulduğunu, daha üç gəminin isə minaya düşdüyünü rəsmən elan edib.

Cia.az xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi yayıb.

Bəyanata əsasən, İran Hərbi Dəniz Qüvvələri akvatoriyada qanunsuz marşrutla hərəkət edən gəmiləri izləyərkən onların bir-birinə qanunsuz neft nəql etdiyini aşkarlayıb. Keçirilən əməliyyat zamanı dörd gəminin hamısına eyni vaxtda dəqiq zərbələr endirilib. Hücum nəticəsində gəmilərdə güclü yanğın baş verib, heyət üzvlərinin vəziyyəti barədə hələlik məlumat verilmir.

Məlumatda həmçinin qeyd olunur ki, ötən gecə də eyni su zonasında üç gəmi dəniz minasına düşərək sıradan çıxıb.

SEPAH hadisənin ardınca Vaşinqtona kəskin xəbərdarlıq edib. Bildirilib ki, su yollarından qanunsuz istifadə halları dayandırılmazsa, hərbi toqquşmaların miqyası genişlənəcək və regiondakı ABŞ hərbi bazaları birbaşa hədəfə alınacaq.

Musavat.com