|
“Sabah” - “Barselona” matçının biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın "Barselona" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

İnformasiyanı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.

Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir. Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.