Tel-Əvivdən Vyanaya uçan "Austrian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təhlükəsizlik xəbərdarlığı səbəbindən Sofiyada təcili eniş edib.
Cia az xəbər verir ki, həyəcan siqnalına salondakı şübhəli əşya səbəb olub və heyət dərhal təhlükə həyəcanı qaldırıb.
"Ynet" nəşrinin sərnişinlərə istinadən verdiyi məlumata görə, insidentə göyərtədə bomba olması barədə anonim xəbərdarlıq səbəb olub. Məlumata görə, təyyarədə BMT-də çıxış etməyə gedən gənclərdən ibarət nümayəndə heyəti də olub. Sərnişinlər təxliyə edilib.
Xatırladaq ki, bu hadisə "Flydubai" şirkətinin Tel-Əvivə uçan təyyarəsində ikinci pilotun gəmini qəsdən qəzaya uğratmaq cəhdindən cəmi üç həftə sonra baş verib. Həmin vaxt təyyarə kapitanı və sərnişinlər facənin qarşısını ala bilmişdilər.
Musavat.com
