Azərbaycanın Aİ-92 markalı avtomobil benzininin ixracı ilə bağlı yeni statistik göstəricilər açıqlanıb.
Cia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust ayları üzrə xarici ticarət məlumatlarına istinadən yayılan göstəricilərə əsasən, Azərbaycan xarici bazarlara 4,45 milyon dollar (təxminən 7,57 milyon manat) dəyərində 5,4 min ton Aİ-92 markalı benzin ixrac edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixracın fiziki həcmi 15 faiz azalıb.
Benzinin ixrac edildiyi ölkələr arasında Gürcüstan, Ermənistan və Tacikistan xüsusi diqqət çəkir.
Belə ki, hesabat dövründə Gürcüstana təxminən 3,4 min ton, Ermənistana 1,9 min ton, Tacikistana isə 119,7 ton Aİ-92 markalı benzin göndərildiyi bildirilir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, əvvəlki ilin eyni dövründə bu üç ölkəyə sözügedən məhsulun ixracı qeydə alınmayıb.
Təqdim edilən göstəricilərə görə, Ermənistan Azərbaycanın Aİ-92 markalı benzin ixrac etdiyi ölkələr arasında Gürcüstandan sonra ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 33 milyard 934,9 milyon dollar təşkil edib.
Hesabat dövründə ölkənin xarici ticarətində 11 milyard 88,1 milyon dollarlıq müsbət saldo yaranıb.
Musavat.com
