|
Rusiyanın Avropa hissəsində səma bağlandı:

Ötən gecə Ukrayna Rusiyanın mərkəzi hissəsinin səmasını tam qapadıb.

Cia.az xəbər verir ki, həm Moskva, həm Leninqrad vilayətlərindəki hava limanları gecə boyu fəaliyyətlərini dayandırmalı olublar. Eyni zamanda Rusiyanın qərb və cənub bölgələrində 18 hava limanı bu və ya digər dərəcədə fəaliyyətini məhdudlaşdırıb.

Rostov vilayətində isə dron zərbələri istehsal və anbar obyektlərinə ziyan vurub və yanğına səbəb olub. Bu barədə regionun qubernatoru Yuri Slyusar məlumat yayıb. O əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində işləyir.

Bundan əlavə, Vladimirdə çoxsaylı partlayışlar qeydə alınıb.

Musavat.com