|
Avropa İttifaqı strateji qaz ehtiyatları yaratmaq istəyir

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.

Cia.az xəbər verir ki, məlumatı Politico Avropa İttifaqı rəsmilərinə istinadən yayıb. Qeyd olunur ki, təşəbbüs icmanın bu qış yanacaq çatışmazlığı ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqların yaranması fonunda irəli sürülüb. Nəşrin məlumatına görə, Avropada il ərzində adətən kommersiya şirkətləri tərəfindən doldurulan mövcud qaz anbarları "bu il rekord səviyyədə aqz dolub". Bunun səbəbi, xüsusən də Yaxın Şərqdəki münaqişə üzünndən yüksək yay qiymətləridir.

Məqalədə deyilir ki, "Avropa İttifaqı qışa kifayət qədər hazır deyildi". Politico qeyd edir ki, diplomatlar təklif olunan ideyanın dəqiq formasını hələlik bilmirlər.

Musavat.com