Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment öhdəliklərini yerinə yetirmədiyinə görə inzibati qaydada həbs olunub.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Aliment borcunun ödənilməməsi ilə bağlı aparılan məhkəmə icraatının nəticəsində Oqtay Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum edilib.
