|
İlham Əliyev Kambocaya səfərə dəvət olunub

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət olunub.

Cia.az xəbər verir ki, bu barədə Kamboca Krallığının baş naziri Hun Manet Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

Kamboca Baş naziri Prezident İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

"Kamboca xalqı adından Azərbaycan hökumətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Biz müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə ümid edirik. Həmçinin Kamboca Kralı Həzrətlərinin cənab prezidentə [İlham Əliyevə] ölkələrimiz arasında əməkdaşlığın inkişafı imkanlarının müzakirəsini davam etdirmək üçün gələcəkdə Kambocaya səfər etmək dəvətini çatdırmaq istərdim", - Hun Manet bildirib.