Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/27 mövsümü start götürür.
Cia.az fanat.az-a istinadla xəbər verir ki, 2-ci Liqa komandalarının iştirak edəcəyi 1-ci təsnifat mərhələsinin açılış günündə 2 matç baş tutacaq.
Eyni vaxtda başlayacaq görüşlərdə "Qaradağ Lökbatan" "Şəki" ilə", "Şəmkir" isə "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin bütün görüşləri "Youtube" üzərindən Peşəkar Futbol Liqasının “AzPFL” kanalında canlı yayımlanacaq.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
7 oktyabr
14:30. “Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
