|
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Cia az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,93 dollar və ya 3,15% azalaraq 120,68 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124,61 ABŞ dolları təşkil edib.