|
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu

“MTV Azərbaycan”a yeni İcraçı direktor təyin olunub.

Müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.

Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

O, bu vəzifəsinə qədər “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S. Tahirova, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb./Yurd.Media/

 

Sevinc Tahirova