|
Biləsuvarda bıçaqlanan 26 yaşlı kişi öldü, saxlanılan var

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Milan Soltanlı bıçaqlanıb. Toyuqlu pizza

Ağır xəsarətlər alan M. Soltanlı hadisə nəticəsində həyatını itirib.

Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Report