|
Tramp Ağ Ev administrasiyasında yeni idarə yaratdı

ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.

Cia.az The Washington Post qəzetinə istinadən xəbər verir ki, yeni struktur dörd yüksək vəzifəli məmurdan ibarət olacaq və ona Milli Kəşfiyyat direktoru Cey Kleyton rəhbərlik edəcək.

"Superintellekt Qüvvələri"nə həmçinin Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Personal İdarəetmə Ofisinin direktoru Skott Kupor və Müdafiə nazirinin tədqiqat və mühəndislik üzrə müavini Emil Maykl da daxil olacaq. Qrup federal hökumətin istehlakçılar, ictimai təşkilatlar, dini qurumlar, kritik infrastruktur operatorları və süni intellekt sistemləri inkişaf etdirən şirkətlərlə əlaqələrini əlaqələndirəcək.

O, birbaşa Trampa və onun aparat rəhbəri Syuzi Uaylsa hesabat verəcək.
"Superintellekt Qüvvəsləri” ABŞ-ın Trampın sənaye inqilabından və internetin yaranmasından daha böyük ola biləcək bir texnologiya kimi təsvir etdiyi "superintellekt" sahəsində dünyada liderliyini davam etdirməsini təmin etmək üçün federal hökumət daxilində koordinasiyanı təmin etmək üçün yaradılıb.
Tramp yeni idarə barədə Truth Social-da paylaşım edib: “Superintellekt Qüvvələri bir çoxlarının sənaye inqilabından və İnternetdən daha böyük olduğuna inandığı və bütün amerikalıların maraqlarını qoruyacaq, həyatını yaxşılaşdıracaq superintellkt sahəsində Amerikanın dünyada liderliyini davam etdirməsini təmin etmək üçün federal hökumətin səylərini əlaqələndirmək üçün yaradılıb".

Musavat.com