|
Şuşada bir ton çətənə kolu məhv edilib

Şuşa şəhərinin Xəlfəli kəndi ərazisində ümumi çəkisi bir ton olan 2010 ədəd çətənə kolu məhv edilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, yabanı halda bitən narkotik tərkibli bitkilər Şuşa Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində aşkar edilib.