Noyabrın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Milli dirçəliş günü”nə həsr olunmuş “Biz sənin övladlarınıq” adlı konsert keçiriləcək.
Axşam.az-ın məlumatına görə, saat 14:00-da başlayacaq musiqili-əyləncəli konsert proqramında rəngarəng rəqslər, illuziya nömrələri, azyaşlı uşaqların və gənc müğənnilərin çıxışları olacaq.
Biletləri şəhərimizin kassalarından əldə etmək olar.
