|
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər

Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Cia.az-in məlumatına görə, layihəyə əsasən, məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir.

Belə ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Musavat.com