|
Məşhur şirkətlə bağlı ŞOK İDDİA: 20 milyard dollarlıq MƏHKƏMƏ

ABŞ məhkəməsi Daxili Gəlir Xidməti ilə Coca-Cola arasında şirkətin daxili vergilərdəki payı ilə bağlı mübahisəyə baxacaq.

Cia.az "Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, mübahisə potensial olaraq 20 milyard dollar dəyərində vergidənyayınma iddiası ilə bağlıdır:

"Əsas sual sadədir: Coca-Cola daha çox xarici gəlir, çox az daxili gəlir hesabatımı verir? Əgər Coca-Cola uduzarsa, 2025-ci il üçün xalis gəlirindən çox olan məbləğ üzrə vergi və faizləri geri ödəməli olacaq. Həmçinin gələcəkdə daha yüksək vergilər ödəməli olacaq".

Musavat.com