|
TƏCİLİ: İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi

İran tərəfi İsrailin Livana qarşı davam edən hücumlarına cavab olaraq Hörmüz boğazını gəmilərin hərəkəti üçün bağladığını elan edib.

Cia.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələr Komandanlığının yaydığı rəsmi bəyanatda bildirilir.

Rəsmi Tehranın bu qərarından dərhal sonra İran Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib. Nazirliyin məlumatına görə, İran nümayəndə heyəti ABŞ ilə imzalanmış memorandumun müddəalarının yerinə yetirilməsini tələb etmək üçün yaxın vaxtlarda İsveçrəyə yola düşəcək.

Digər tərəfdən, ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazının İran hərbçiləri tərəfindən bağlanması barədə məlumatları qətiyyətlə təkzib edib.

Vitse-prezident vurğulayıb ki, Ağ Ev hazırda regionda dəniz nəqliyyatının və gəmilərin hərəkətinin dayandırılmasına dair heç bir sübut görmür. Vaşinqton boğazdakı vəziyyəti yaxından izləməyə davam edir.

Musavat.com