Polşa Baş naziri Donald Tusk Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarına tənqidi reaksiya verib.
Cia.az xəbər verir ki, o, narazılığınl X hesabındakı paylaşımında ifadə edib. Polşa hökumətinin başçısı Varşava ilə Kiyev arasında hər hansı bir ictimai qarşıdurmanın mövcud geosiyasi şəraitdə dağıdıcı olduğunu və yalnız təcavüzkar ölkənin əlinə oynadığını vurğulayıb.
Tusk hər iki prezidenti ehtiyatlı olmağa və diplomatik qalmaqalı qızışdırmağı dayandırmağa çağırıb: "Prezidentlər Zelenski və Navrotskinin vəzifəsi gərginliyi qızışdırmaq deyil, emosiyaları cilovlamaqdır. Cəbhə xətti başqa yerdədir".
Musavat.com
