|
TƏCİLİ: İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI

Almaniyanın nüfuzlu "Bild" nəşri xəbər verir ki, İran strateji əhəmiyyətə malik Hörmüz boğazından gəmilərin keçidini məhdudlaşdırıb.

Cia.az xəbər verir ki, bölgədəki yerli medianın məlumatına görə, artıq Hörmüz boğazında xəbərdarlıq atəşləri açılıb.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) radio mesajları vasitəsilə ticarət gəmilərinə xəbərdarlıq edərək, onlardan boğazdan uzaq durmağı tələb edib.

Eyni zamanda, İran hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin tamamilə dayandırılmadığını, lakin keçidin yalnız əvvəlcədən rəsmi müraciət edilməsi və Tehran tərəfindən müəyyən edilmiş xüsusi qaydalara ciddi riayət olunması şərtilə mümkün olduğunu bəyan edib.

Digər tərəfdən, ABŞ-nin CNN telekanalının yaydığı məlumata görə, Vaşinqton Tehrana xüsusi bir mesaj çatdırıb.

Həmin mesajda İsrailin Livana qarşı hücumları davam etdirməməyə razılıq verdiyi qeyd olunur.

Qeyd edək ki, iyunun 19-na keçən gecə İsrail ordusu Livanın cənubunda yerləşən "Hizbullah" qruplaşmasına aid 80-dən çox hədəfə, o cümlədən komanda və raket buraxılış məntəqələrinə intensiv zərbələr endirib.

Son məlumatlara görə, hücumlar nəticəsində 16 nəfər həyatını itirib.

Yaranmış gərginlik diplomatik müstəviyə də ciddi təsir göstərib.

Belə ki, bu gün İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları qəfil təxirə salınıb. Vaşinqton tərəfi bu addımı logistik çətinliklərlə əlaqələndirsə də, "Hizbullah"a yaxın media qurumları görüşün məhz İsrailin Livandakı son hərbi əməliyyatları səbəbindən baş tutmadığını iddia edir.

Musavat.com