|
Bu kəndlər qazsız qalacaq

Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Cia.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 11:00-dan işlər başa çatanadək rayonun Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Qazın verilişi aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.