|
Əhaliyə xəbərdarlıq: İyunun 9-dan 12-dək...

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 9-dan 12-dək gündüz saatlarında ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. 

Məlumata görə, ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Qeyd olunub ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Həmçinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.