|
Bu rayonlarda qaz olmayacaq

Binəqədi, Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a verilən məlumata görə, bu gün 10:00-dan 13:00-dək Binəqədi rayonunun 8-ci mikrorayon, Nərimanov rayonunun Ayna Sultanova küçəsindən Gənclik metro stansiyasına qədər olan ərazisinə, saat 10:00-dan 18:00-dək isə Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması diametri 530 mm-lik polad borunun istismara yararsız olması səbəbindən, polietilen boru ilə əvəzlənməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

Cia.az