İran ABŞ ilə dolayı danışıqları dayandırmaq qərarı verib.
Cia.az xəbər verir ki, bu barədə İranın Tasnim News agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran bundan sonra Vaşinqtonla yalnız vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirəcək.
Bildirilir ki, qərar İsrail ordusunun Livanda, xüsusilə Beyrut və ölkənin cənub bölgələrində davam edən hərbi əməliyyatlarına etiraz olaraq qəbul olunub.
İran tərəfi bəyan edib ki, Livanın təhlükəsizliyinin qorunması atəşkəs razılaşmasının əsas şərtlərindən biri idi. Rəsmi Tehran hazırda bu şərtin pozulduğunu hesab edir.
Tasnim News-un xəbərində həmçinin qeyd olunub ki, İran Silahlı Qüvvələri və “müqavimət oxu” İsrailin addımlarına cavab vermək əzmindədir.
Agentlik əlavə edib ki, Tehran və müttəfiqləri İsrailə və onun tərəfdarlarına təzyiq göstərmək məqsədilə Hörmüz boğazının bağlanması variantını da nəzərdən keçirirlər.
Musavat.com
