|
Bazarda alça və gilas görün neçəyə satılır - QİYMƏTLƏR

Bazarlarda mövsümü meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, qiymətlər ucuzlaşmır. Bəzi meyvələrin qiymətndə əvvəlki illərlə müqayisə artım var.

Bəs bazarda qiymətlər necədir?

Bazarda qiymətlər məhsulların növünə uyğun olaraq dəyişir. Xiyar 1, pomidor 2-3, badımcan və bibər isə 3 manatdır.Gilas 8-10, alça isə növündən asılı olaraq 5-10 manat arası dəyişir.

Satıcılar bahalaşmanın səbəbini yağışlı hava ilə əlaqələndirirlər.

Bəs məhsulun ucuzlaşması gözlənilir?

Mütəxəssislərin sözlərinə görə, havalar isinəndən sonra meyvə-tərəvəzlərin qiymətində enmə müşahidə olunacaq./Milli.Az