|
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı

Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında, sultanlığın ərazi suları daxilində üzən mina olduğu təxmin edilən bir obyektin aşkar edilməsi barədə xəbərdarlıq yayıb.

Cia.az xəbər verir ki, bu barədə müvafiq bəyanat qurumun "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

Bəyanatda deyilir: “Hörmüz boğazında, Omanın ərazi suları daxilində gəmilərin hərəkət etdiyi sahil zonasının qərbində mina olduğu təxmin edilən üzən obyekt aşkar edilib. Bununla əlaqədar olaraq, Dəniz Təhlükəsizliyi Mərkəzi bütün dənizçiləri, balıqçıları və gəmiləri bu rayonda naviqasiya zamanı maksimum dərəcədə ehtiyatlı olmağa çağırır”.

Mərkəz dəniz hərəkətinin bütün iştirakçılarına şübhəli obyektlərdən təhlükəsiz məsafədə dayanmağı və bu barədə dərhal aidiyyatı qurumlara məlumat verməyi tövsiyə edib.

Musavat.com