|
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

FHN-dən verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.