|
Aramsız yağışlar daşqınlara səbəb oldu

Türkiyənin İzmir vilayətində yağan aramsız yağışlar daşqınlara səbəb olub. 
Daşqın suları onlarla evə ziyan vurub. 
Küçələrdən biri ilə axan sel qarşısına çıxan avtomobilləri də özü ilə sürükləyib. 
Xoşbəxtlikdən sel insan itkisinə səbəb olmayıb. Lakin güclü axın 100-ə yaxın avtomobilə xəsarət yetirib. 
Daşqınlar bəzi bölgələrdə elektrik kəsintilərinə də səbəb olub.

Cia.az